“Xalqı təhqir etməmişəm...” - Sərxan
21 Dekabr 2018 15:35 Sosial"Maşın" realiti şousunun ötən günkü buraxılışında iştirakçı Sərxan Kərəmoğlunun çıxışı müzakirələrə səbəb olub. Aparıcı-aktyor canlı efirdə "Restoranın yanından keçərək "wifi" axtaran insanlar bizə səs vermir" deməsi söz-söhbətlərin yaranmasına səbəb olub.
Sosial şəbəkə istifadəçiləri istər yarışmanın rəsmi səhifəsində, istərsə də, başqa paylaşımlara rəy yazaraq Sərxanın fikirlərini tənqid, hətta onu təhqir ediblər.
Bu gün isə S. Kərəmoğlunun şəxsi instaqram hesabında onun adından açıqlama yayılıb. O, proqramda söylədiyi fikirlərə aydınlıq gətirib:
"Xalqı təhqir etməmişəm, ünvanıma yazılan təhqirlərə cavab olaraq dedim ki, küçələrdə, restoran, kafe qabağında internet axtaranlar bizə lazım deyil. Onlar kimisə təhqir edib şərh yazmaqdan həzz alırlar. Düz edib demişəm. Bizə TV qarşısında oturan tamaşaçı səs göndərir. Xalq düşməni deyiləm, sadəcə olaraq bəziləri məni öndə görüb paxıllıq hissini gizlədə bilmir. Ünvanıma təhqir yazanlar mənə "vız" gəlir".
"Qafqazinfo"
