İtaliyada “İtaliyadan Azərbaycana baxışı” kitabının təqdim edildi

İtaliyanın “LUMSA” Universitetində Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunun rəhbəri jurnalist Domeniko Letizianın müəllifi olduğu “İtaliyandan Azərbaycana baxış” adlı kitabın təqdimatı keçirilib. “Antonio Stango” nəşriyyat evi tərəfindən nəşr edilmiş kitab Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi; Azərbaycanının iqtisadi inkişafı, İtaliya və Azərbaycan arasında əlaqələr; Azərbaycanın multikulturalizm modeli və Azərbaycanda gender barəbarəliyi mövzularında İtaliyanın müxtəlif kütləvi informasiya vasitələrində dərc olunmuş məqalə və müsahibələrinin toplusundan ibarətdir.

İtaliyanın "LUMSA" Universitetində Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunun rəhbəri jurnalist Domeniko Letizianın müəllifi olduğu "İtaliyandan Azərbaycana baxış" adlı kitabın təqdimatı keçirilib. "Antonio Stango" nəşriyyat evi tərəfindən nəşr edilmiş kitab Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi; Azərbaycanının iqtisadi inkişafı, İtaliya və Azərbaycan arasında əlaqələr; Azərbaycanın multikulturalizm modeli və Azərbaycanda gender barəbarəliyi mövzularında İtaliyanın müxtəlif kütləvi informasiya vasitələrində dərc olunmuş məqalə və müsahibələrinin toplusundan ibarətdir.

Olaylar.az bldirir ki, tədbiri giriş sözü ilə açan LUMSA Universitetinin rektoru professor Francesko Bonini tədbir iştirakçılarını salamlayaraq, sözügedən kitabın təqdimatının rəhbərlik etdiyi universitetdə keçirilməsindən məmnunluğunu bildirib.

Çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə tədbirin təşkilinə görə İtaliyanın LUMSA Universitetinin rəhbərliyinə, habelə müəllifə öz təşəkkürünü bildirib. Bu kimi tədbirlərin xalqlarımızın bir-birinə daha da yaxınlaşdırılması, ölkəmizin İtaliya ictimaiyyətinə yaxından tanıdılması baxımından əhəmiyyətini vurğulayıb, habelə kitabda ölkəmizlə bağlı əks olunmuş mövzular barədə danışıb. Azərbaycan və İtaliya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını söyləyən diplomat, ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə yüksələn xəttlə inkişaf etdiyini bildirib.

İtalyan jurnalist Domeniko Letiziya son illərdə Azərbaycanla bağlı müxtəlif mövzular üzrə apardığı tədqiqatlar, ölkəmizə bir neçə dəfə həyata keçirdiyi səfərlərdən danışıb, indiyə qədər dərc olunmuş yazılarını bir kitab formasında italyan oxucularına təqdim etməkdən məmnun olduğunu söyləyib. Elmi-akademik, mədəniyyət dairələrinin və LUMSA Universitetinin tələbə müəllim heyətinin iştirak etdiyi tədbirdə, həmçinin kitabın redaktoru Antonio Stanqo və universitetin professoru Orta Şərq və Aralıq Dənizi araşdırmaları kursunun rəhbəri Franz Martinelli də çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31