“Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə Bakı Mühəndislik Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
“Sumqayıt Kimya Sənaye Parkı” MMC və Bakı Mühəndislik Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a bildirilib ki, bu məqsədlə keçirilən tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda yaradılan sənaye parklarında ən son texnoloji yeniliklərin tətbiq edildiyini diqqətə çatdırıb, elm-təhsil müəssisələri ilə əməkdaşlığa böyük əhəmiyyət verildiyini vurğulayıb. “Sumqayıt Kimya Sənaye Parkı” MMC və Bakı Mühəndislik Universiteti arasında Anlaşma Memorandumunun əsas məqsədi də məhz sənaye sahəsində ixtisaslaşmış insan resurslarının
21 Dekabr 2018 14:21 Sosial"Sumqayıt Kimya Sənaye Parkı" MMC və Bakı Mühəndislik Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, bu məqsədlə keçirilən tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda yaradılan sənaye parklarında ən son texnoloji yeniliklərin tətbiq edildiyini diqqətə çatdırıb, elm-təhsil müəssisələri ilə əməkdaşlığa böyük əhəmiyyət verildiyini vurğulayıb. "Sumqayıt Kimya Sənaye Parkı" MMC və Bakı Mühəndislik Universiteti arasında Anlaşma Memorandumunun əsas məqsədi də məhz sənaye sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılması və innovasiya texnologiyalarının sənayedə tətbiq edilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsidir. Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov universitetin sənaye müəssisələri, xüsusilə sənaye parkları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Son illərdə Universitetdə görülən işlərdən danışan rektor, gənclərə ideyalarını həyata keçirmək üçün şərait yaradılmasının, təcrübi biliklərə yiyələnmələrinin vacibliyini qeyd edib. "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Nazim Talıbov sənaye parklarında görülmüş işlər, eləcə də elm-təhsil müəssisələri ilə əməkdaşlıq istiqamətlərini diqqətə çatdırıb. Sənaye parklarında yerləşən müəssisələrdə yerli mütəxəssislərin bilik və bacarıqlarından istifadə edilməsi məqsədilə elm-təhsil müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb