Akademik Ziya Bünyadovun doğum günüdür

Bu gün şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi Ziya Bünyadovun anadan olmasının 95-ci il dönümüdür.

Bu gün şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi Ziya Bünyadovun anadan olmasının 95-ci il dönümüdür.

Olaylar.az xəbər verir ki, Z.Bünyadov 1923-cü il dekabrın 21-də Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub.

1945-ci il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Müharibə başa çatdıqdan sonra Bünyadov 1945-ci ilin mayından 1946-cı ilin mayınadək Berlinin ən nüfuzlu rayonu - Pankovda komendantın köməkçisi vəzifəsində işləyib. Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə o, "Artur Bekker" və "Vaffenbruderşaft" qızıl medalları ilə təltif olunub.

Alim Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçılarından biri idi. Eyni zamanda bir çox dünya alimlərinin elmi əsərlərini Azərbaycan dilinə tərcümə edib.

1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, akademiyanın həqiqi üzvü, Şərqşünaslıq İnstitunun direktoru, 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilib.

Ziya Bünyadov SSRİ-nin Qırmızı Bayraq, Aleksandr Nevski, 2-ci dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri və medallarla təltif edilib.

Z.Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Bakıda Şərqşünaslıq İnstitutu və prospekt, onun adını daşıyır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31