BDU-dan vərəmə görə müayinədən keçməyən tələbələrin imtahana buraxılmayacağı iddialarına münasibət

Bakı Dövlət Universitetində (BDU) vərəm xəstəliyinə görə tibbi müayinədən keçməyən tələbələrin imtahana buraxılmayacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu  BDU-nin mətbuat katibi Pərvanə İbrahimova deyib.

P.İbrahimova qeyd edib ki, vərəm dispanserində bir tələbədə vərəmə yoluxma halı aşkarlanıb:

"Lakin müayinədən keçməyən tələbələrin imtahana buraxılmayacağı ilə bağlı məlumatlar tamamilə əsassızdır. Sadəcə vərəm xəstəliyi aşkar olunan tələbə ilə ünsiyyətdə olan həmkarlarına məsləhət görülüb ki, müayinədən keçsinlər. Tələbələr müayinədən keçiblər və onlarda vərəmə yoluxma halı aşkar edilməyib".

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31