Azərbaycanda tələbədə yoluxucu xəstəli̇k aşkarlandı – tələbə yoldaşları xəstəxanalara cəlb olundu
21 Dekabr 2018 06:55 SosialBakı Dövlət Universitetində (BDU) tələbələrə tibbi müayinədən keçməyəcəkləri halda, imtahanlara buraxılmayacaqları barədə xəbərdarlıq edilib.
Sonxeber.az bildirir ki, A24.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb universitetin Tarix fakültəsində təhsil alan tələbələrin birində yoluxucu xəstəliyin aşkar edilməsi olub. Belə ki, dərs zamanı fakültənin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Elnur Ağayevin (ad və soyad şərtidir) səhhətində problemlər yaranıb. O, dərhal universitetin poliklinikasına yerləşdirilib.
Müayinələrdən sonra həmin tələbədə vərəm aşkarlanıb. Bundan sonra BDU rəhbərliyi tərəfindən fakültənin həmin kursda təhsil alan bütün tələbələri müayinəyə cəlb olunub. Tələbələrə müayinə olunmayacaqları təqdirdə, imtahanlara buraxılmayacaqları barədə xəbərdarlıq edilib. Məlumata görə, sözügedən tələbələrin müayinəsinə artıq başlanılıb.