Daha bir iştirakçı üçün "Maşın" əldən getdi

ATV-də hər gün yayımlanan "Maşın" realiti şounun növbəti buraxılışı yayımlanıb.
 

Axşam.az xəbər verir ki, bu gün səsverməyə aktrisa Aydan Axundzadə çıxıb. O, səs topladığı təqdirdə oyundan kimi çıxaracağını deməyib. Lakin Aydan iki hədəfinin olduğunu və proqramın sonunadək fikrini dəqiqləşdirəcəyini vurğulayıb. 

Sonda 41,72 faiz səs toplayan aktrisa özü şoudan getməli olub. 

Qeyd edək ki, hazırda şouda 11 iştirakçı mübarizəni davam etdirir. Bunlar şairə Nazilə Səfərli, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şərifov və Taleh Yüzbəyovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31