Müasir kitabxana-informasiya sahəsində tətbiq edilən yeniliklərlə tanış olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları – Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, Biblioqrafik sorğular bölməsinin rəhbəri Nərgiz Novruzova, kitabxanaçılar Alidə Həsənova və Həmidə Müzəffərli Türkiyənin paytaxtı Ankara şəhərində işgüzar səfərdə olublar.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları - Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, Biblioqrafik sorğular bölməsinin rəhbəri Nərgiz Novruzova, kitabxanaçılar Alidə Həsənova və Həmidə Müzəffərli Türkiyənin paytaxtı Ankara şəhərində işgüzar səfərdə olublar.

Olaylar.az xəbər verir ki, səfərin məqsədi Ankara kitabxanalarının fəaliyyəti, iş rejimi və təcrübəsinin öyrənilməsi, müasir kitabxana-informasiya sahəsində tətbiq edilən  yeniliklərlə tanış olmaq, yeni əməkdaşlıq əlaqələri yaratmaq və mövcud mübadilə əlaqələrinin genişləndirilməsi olub. Türk Dil Qurumu Kitabxanası, Türkiyə Böyük Millət Məclisi Kitabxanası və Arxivi, Ankara İldırım Bəyazid Universiteti Kitabxanası və Ankara Milli Kitabxansı ilə görüşlər keçirən MEK-in nümayəndə heyəti Ankara kitabxanalarının tarixi, fəaliyyəti, strukturu, fondları, iş rejimi və xüsusiyyətləri, texniki təchizatı, mövcud imkanları ilə yaxından tanış olublar. MEK haqqında geniş təsəvvürə sahiblənən, xüsusilə Azərbaycana aid strateji informasiyanı elektron formatda dünya oxucusu üçün əlçatan edən Milli Rəqəmsal Yaddaş layihəsinin üstünlüklərinə və Vahid Qeydiyyat Sisteminin iş prinsiplərinə maraq göstərən müəssisə rəhbərləri əməkdaşlıq təkliflərini səsləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31