Azərbaycanda tənha kişini vəhşi heyvan evində parçalayıb

Daşkəsən rayonunun Almalı kəndində kişinin meyiti parçalanmış şəkildə tapılıb.

Oxu.az  xəbər verir ki, açıqlamasında Almalı kənd İcra nümayəndəsinin sədri Səlim Ələsgərov bildirib.

Onun sözlərinə görə, hadisə barədə dünən xəbər tutublar:

"1959-cu il təvəllüdlü Quliyev Bəndər Ələkbər oğlu evində tənha yaşayırdı. Kənd meşəyə yaxın ərazidə yerləşir. Həmin kənddə meyiti tapılandan şəxsdən başqa kimsə yaşamırdı. Mərhum uzun illərdir orda tək yaşayırdı.

Meşədə heyvan otaran şəxs Bəndərin cəsədini evində çarpayıda uzanıqlı vəziyyətdə tapıb. Onun baş nahiyəsi döşəməyə tərəf sallanmış və vəhşi heyvan tərəfindən parçalanmış vəziyyətdə tapıb. Bizə məlumat verdilər. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşlarına xəbər etdik".

Hazırda məsələ barədə araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31