2018-ci ilə libasları ilə damğa vuran ulduzlar - Fotolar

Bir neçə gündən sonra Yeni ili - 2019-cu ili qarşılayacağıq. Geridə buraxacağımız 2018-ci il isə onlarla mükafatlandırma mərasimləri, qırmızı xalı pozları ilə yadda qaldı. Bəs, bu ilin ən yadda qalan şık qırmızı xalı obrazı kimdə idi?Axşam.az xarici mediaya istinadən həmin məşhurları xatırladır:Kendall Cenner - "Qızıl kürə" mükafatlandırma mərasiminə geyindiyi "Giambattista Valli" imzalı libası ilə damğa vurub.




Ancelina Coli - "Bafta" mükafatlandırma mərasiminə geyindiyi "Ralph & Russo" libası ilə adından söz etdirib.



Nikol Kidman - "Oscar" mükafatlandırma mərasimində qırmızı xalıya mavi "Armani Prive" libası ilə çıxıb.



Bleyk Lavli - "MET Gala" mükafatlandırma mərasimində Bleyk "Versace"dən geyindiyi libasla göz oxşayıb.



Kendall Cenner - "Kann film festivalı"nda geyindiyi transparan libası ilə çox danışılıb.



Bella Hadid - "Kann film festivalı"na geyindiyi dərin kürək dekolteli "Elie Saab" libası, saç və makiyajı ilə nəfəsləri kəsib.



Alessandro Ambrasio - "Kann film festivalı"na libası ilə damğa vuran daha bir məşhurdur. O, gecəyə "Zuhair Murad" imzalı libas geyinib.



Culiana Mur - "Kann film festivalı"nda onlarca məşhur arasında "Givenchy" imzalı qırmızı libası ilə gecənin ulduzu olub.



Ledi Qaqa - "Bir ulduz doğulur" filminin qala gecəsində "Valentino" imzalı libası ilə bütün diqqəti öz üzərinə toplayıb.



Sandra Ballak - "Oceanchr("39")s 8" Nyu-York qalasına geyindiyi "Elie Saab" imzalı libası ilə çox bəyənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31