Yatağınızın yanına limon qoyub yatsanız...
20 Dekabr 2018 03:21 SosialLimonun faydalarını saymaqla bitməz. Yeməklərimizə ləzzət qatan, vücudumuzu xəstəliklərdən qoruyan, dərimizi parlaq edən bu meyvənin gecələr də yatmazdan əvvəl hansı faydasının olduğunu bilirsinizmi?
Axşam.az xarici mediaya istinadən bu barədə məlumat verir:
Bir limonu dilimləyib üzərinə duz səpin və yatdığınız yerə yaxın şkafın üstünə qoyun:
Gecələr narahat yatan insanlar, bundan sonra dərin yuxuya gedəcəklər.
Həşəratları sizdən uzaq tutacaq. Belə ki, həşəratlar iylərə qarşı həssas olduğundan limon iyinə görə otağınıza girməyəcəklər.
Otağa gözəl qoxu verməklə yanaşı, həm də oranı virus və bakteriylardan qoruyacaq.
İçərisində antioksidanlar olduğundan səhər oyananda baş ağrınız olmayacaq. Günə enerjili başlayacaqsınız.
Yatan zaman burnunuz tutulursa, limonun qoxusu nəticəsində bu baş verməyəcək və çox rahat yuxuya gedəcəksiniz.