Əmək müqaviləsi ilə işləyənlərin sayı 100 min nəfər artıb

"Azərbaycanda qeyri-rəsmi məşğulluqla fəal mübarizə aparılır. Bu istiqamətdə görülmüş işlər nəticəsində əmək müqaviləsi ilə işləyən şəxslərin sayı 100 min nəfər artıb".  "Olaylar" xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, gələn ildən başlayaraq Azərbaycanda işə qəbul edilmiş işsizlərin əməkhaqqı subsidiyalaşdırılacaq.Onun sözlərinə görə bu, fəal məşğulluğun təmin olunması ilə yanaşı, əməkhaqlarının ödənilməsi ilə bağlı işəgötürənlərin xərclərini azaldacaq. Əməkhaqlarının subsidiyalaşdırılmasının üstünlüklərindən danışan S.Babayev qeyd edib ki, bu, sahibkarlara öz müəssisələrini genişləndirmək və inkişaf etdirməyə imkan verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31