İnnovasiya Festivalında qaliblər mükafatlandırıldı
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində III Startap və İnnovasiya Festivalı keçirilib. Olaylar.az bildirir ki, tTədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, “Youth Inc.” Biznes İnkubasiya Mərkəzi və Sahibkarlıq Proqramının nümayəndələri ilə yanaşı digər biznes inkubasiya mərkəzlərinin nümayəndələri, şirkət rəhbərləri, həmçinin universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
19 Dekabr 2018 14:26 SosialAzərbaycan Dövlət Neft və Sənaye Universitetində III Startap və İnnovasiya Festivalı keçirilib. Olaylar.az bildirir ki, tTədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, "Youth Inc." Biznes İnkubasiya Mərkəzi və Sahibkarlıq Proqramının nümayəndələri ilə yanaşı digər biznes inkubasiya mərkəzlərinin nümayəndələri, şirkət rəhbərləri, həmçinin universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı III Strartap və İnnovasiya Festivalını açıq elan edib. Universitetdə son üç ildə startap sahəsində görülən işlərdən danışan rektor Mustafa Babanlı gənclərin təqdim etdiyi layihələrin gələcəkdə böyük uğur qazanacağına inandığını bildirib. Festivalın startap ideyalarının tələbələr arasında təbliğinə xidmət etdiyi deyən rektor M.Babanlı əsas məqsədlərdən birinin "Made in Azerbaijan" brendi adı altında xaricə məhsul çıxarmaq olduğunu qeyd edib.
Təhsil nazirinin müavini İdris İsayev ali məktəblərdə startap ideyalarının inkişafının və tələbələrin bu sahəyə maraq göstərməsinin çox sevindirici hal olduğunu bildirib. Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev ali təhsil müəssisələrinin innovasiyaların inkişafına diqqət göstərməsinin önəmini vurğulayıb, gənc startapçılara öz tövsiyələrini verib.
Kənd təsərrüfatı nazirinin müşaviri, qurumun Elm və İnnovasiyalar Mərkəzin rəhbəri Elçin Zeynalov ADNSU kimi nüfuzlu bir təhsil müəssisəsində startapın inkişafının əhəmiyyətini qeyd edib və bütün iştirakçılara uğurlar arzulayıb.
Sonra ADNSU-da fəaliyyət göstərən "eAzi" startap mərkəzinin 6 layihəsi təqdim olunub. Layihələr əvvəlcədən müəyyən edilmiş meyarlara əsasən münsiflər heyəti tərəfindən qiymətləndirilib. Ən çox bal qazanan layihələr ADNSU və tərəfdaş qurumlar tərəfindən mükafatlandırılıb. Mükafatlandırma mərasimində "Youth Inc." Sahibkarlıq Proqramının təşəbbüsü ilə həyata keçirilən "Yeni Nəsil" layihəsi tərəfindən 4 və 5-ci yerlərin qaliblərinə həvəsləndirici hədiyyələr təqdim olunub.