Rusiyada azərbaycanlı ailənin 4 üzvü itkin düşüb
19 Dekabr 2018 12:51 SosialRusiyanın Novosibirskiy vilayətinin Toquçin şəhərində yaşayan azərbaycanlı ailənin 4 üzvü itkin düşüb.
Bunlar 2000-ci il təvəllüdlü Rüstəmov Ruslan Rüstəm oğlu və 2002-ci il təvəllüdlü Rüstəmov Vadim Rüstəm oğlu qardaşları, onların ögey bacıları 2011-ci il təvəllüdlü Rüstəmova Ruslana Rüstəm qızı, qardaşların analığı Vorontsova Nataliya Qriqoriyevnadır.
Şəhərə bitişik qəsəbələrin birində yaşayan ailə üzvləri dekabrın 14-də qonaq getdikləri Tatarsk şəhərindən geri qayıdarkən onlarla əlaqə kəsilib. Onların üzərlərindəki telefonların da yerini müəyyən etmək mümkün deyil. Ailənin başçısı Rüstəm Rüstəmov uzun müddətdir Rusiyada yaşayır və bizneslə məşğuldur.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31