DÜNYASINI DƏYİŞƏN MUSİQİÇİNİN ÜRƏK DAĞLAYAN SON MESAJI : “TƏZƏ PALTAR ALMIŞAM…” -VİDEO
19 Dekabr 2018 10:50 SosialXəbər verdiyimiz kimi ötən gün tanınmış klarnet ifaçısı Zahid Əliyev (Zahid Sabirabadlı) dünyasını dəyişib.
A24.Az xəbər verir ki, ötən gün Xəzər TV-də yayımlanan 5/5 verilişində ifaçının aparıcı Zaur Kamala göndərdiyi səsli mesajı təqdim edilib. Zahid Əliyev mesajında aparıcıdan onu efirə dəvət etməsini istəyib:
"Zaur, təzə pal-paltar almışam. Türkiyədən də ağ klarnet gətizdirmişəm. Görək neyniyirik "5/5″ də", -deyə musiqiçi bildirib.
Qeyd edək ki, Zahid Əliyev dünən 46 yaşında vəfat edib. Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31