Dilarə və Xose arasında gərginlik : "Mənimlə əllə-qolla danışma"
19 Dekabr 2018 02:41 SosialQalmaqalları ilə yadda qalan "Maşın şou"da daha iki məşhur arasında dava olub.Axşam.az xəbər verir ki, bu dəfə aparıcı Xose Bernardo ilə müğənni Dilarə Kazımovanın sözü çəp gəlib. Dilarə maşının o biri tərəfinə keçmək istəsə də, Bernardo ifaçıya onun yanından deyil, başqa yerdən keçməyi deyib. Kazımova isə elə onun yanından keçəcəyini bildirib. Bu zaman Bernardo ona əli ilə digər yeri işarə verəndə müğənni "Mənimlə əllə-qolla danışma. Çıxarmaq istəyirsən məni normal de" sözlərini söyləyib.Xose isə "Həri, çıxartmaq istəyirəm, axşamm baxarsan" deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31