Elza Seyidcahanın İnstaqramı bloklandı: “Lənətə gəlmişlər”

Əməkdar artist Elza Seyidcahanın İnstaqram hesabı bloklanıb.Axşam.az-ın məlumatına görə, sənətçi bu barədə açıqlama verib və bu sözləri deyib:"Əslində heç də pis olmadım. O izləyiciləri süni yığmamışdım. İnstaqram olmasa da media, insanlar mənim arxamdadır, izləyirlər. Sənətimlə öndəyəm, instaqramla yox. 1-2 gün dincəlib qalmaqaldan uzaq olacam".Seyidcahan "Sizcə, bun son günlər qalmaqal yaşadığınız Nazpəri Dostəliyeva və Kərim Abbasovun işi ola bilər" sualına isə belə cavab verib:"Elzaya ilişənin cavabını Allah verəcək. Murdar adamlar murdar, yaxşı adamlar yaxşı işlə məşğul olurlar. Od olmayan yerdən tüstü çıxmır. Hər şey aydınlaşacaq. Amma bunu heç kim etməyib. İnstaqram özü edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31