“Yaxın zamanlarda gəlinlik geyinəcəyəm” –  Azərbaycanlı müğənni

Müğənni Leyla Ramazanlı ailə qurmaq niyyətindədir.

Teleqraf.com-un məlumatına görə, ifaçı "Şou məkan" verilişinə bildirib ki, yaxın zamanlarda gəlinlik geyinəcək: "Bu konsert deyil. Ailə həyatıdır. Bircə onu deyə bilərəm ki, yaxın vaxtlarda ailə quracağam. Ailə mənim üçün dəyərlidir. Mən müğənni kimi yox, adi insan kimi ailə qurmaq niyyətindəyəm. İstəyirəm ki, yanımdakı insan da mənə dəstək olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31