İlan təlimçini tamaşaçıların gözü qarşısında sancdı - VİDEO
18 Dekabr 2018 10:11 SosialTaylanda turistlər üçün şou zamanı gözlənilməz hadisə baş verib.Oxu.Az xəbər verir ki, Kral kobrası təlimçini əlindən sancıb.Təlimçi dərhal ilanı yerə atıb. Bir müddət sonra onu xəstəxanaya aparıblar.Bildirilir ki, 35 yaşlı təlimçi dəfələrlə belə hallarla üzləşib. Lakin bu dəfə ilan sancması ağır nəticələr verib. Dəfələrlə huşunu itirən təlimçinin bədənində yanıq xəsarətlərinə oxşar yaralar əmələ gəlib. Bununla belə o, sağ qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31