Buna ciddi fikir vermirik - AMMA XƏRÇƏNG YARADIRMIŞ

Artıq çəki xərçəng xəstəliyinin inkişafına səbəb olur.

Publika.az xəbər verir ki, alimlərin piylənmə və xərçəng xəstəliyi ilə bağlı 1975-2016-cı illəri əhatə edən araşdırması artıq çəki ilə xərçəngin 13 növünün inkişafı arasında əlaqəni aşkar edib. Məlum olub ki, bədxassəli şişlərin təqribən 4 faizi birbaşa piylənmə ilə bağlıdır.

Bundan başqa qeyd olunur ki, hətta şişlərin uğurla ləğvindən sonra artıq çəki pasiyentin ölüm ehtimalını 11-17 faiz artırır.

Alimlər bununla əlaqədar olaraq BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar səviyyəsində piylənmə ilə mübarizənin vacib olduğunu bildirirlər. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31