Azərbaycan dövlətinin sosial qayğısı cəmiyyətin bütün təbəqələrini əhatə edir
"Hazırda Azərbaycan dövlətinin sosial qayğısı cəmiyyətin bütün təbəqələrini əhatə edir".
17 Dekabr 2018 18:22 Sosial"Hazırda Azərbaycan dövlətinin sosial qayğısı cəmiyyətin bütün təbəqələrini əhatə edir".
Bunu deyən hüquqşünas Alim Hüseynli qeyd edib ki, son illər ərzində sosial müdafiə və təminat xərclərinin dəfələrlə artması, bu məqsədlə icra olunan infrastruktur layihələr, ən əsası həmin siyasətin bütün əhali kateqoriyalarını əhatə etməsi də bunun əyani sübutudur. Təkcə şəhid ailələri, müharibə və 20 yanvar əlillərinin müavinətlərinin artırılması ilə bağlı qəbul olunan qərar dövlətin bu sahəyə diqqətindən xəbər verir: "Azərbaycan cəmiyyətində insan dövlətin əsas kapitalıdır və həyata keçirilən hər bir tədbirin mərkəzində də ölkə vətəndaşı dayanır. Çünki dövlət güclü cəmiyyəti hər bir fərdin inkişafında görür və bu hədəf dövlətin strateji hədəflərindən biri kimi müəyyənləşdirilib. Təbii ki, həmin sırada şəhid ailələri, müharibə və 20 yanvar ailələri, onların sosial problemlərinin həlli xüsusi yer tutur. Bu, kateqoriyalı insanlar müstəqil Azərbaycan dövlətinin bir parçası, başqa sözlə, qanı-canı ilə tarix yazan adamlardır. Bu mənada sözügedən kateqoriyadan olan insanlara qayğı əslində tariximizə, müstəqilliyimnizə olan qayğı kimi qəbul olunmalıdır. Bu günə qədər 1279 hərbçi ailəsinə, təkcə bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib, 5800 köçkün ailəsi yeni mənzillərlə təmin edilib. Mütəmadi olaraq Qarabağ müharibəsi əlilləri dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar. Bundan başqa, elm, təhsil və mədəniyyət xadimləri, jurnalistlər, idmançılar də mənzillə təmin olunurlar. Ümumilikdə cəmiyyətin müxtəlif təbəqələrinə dövlət tərəfindən yardımlar edilir, onların müayinə və müalicəsi dövlət tərəfindəm həyata keçirilir". Onun sözlərinə görə, həssas əhali qrupları, o cümlədən geniş əhali kateqoriyasına münasibətdə Azərbaycanın sosial dövlət modeli qlobal miqyasda nümunə, humanist yanaşma kimi qəbul olunur. Bu siyasətin səciyyəvi cəhətlərindən biri də onun davamlı xarakter daşımasıdır.