82 nəfər söhbət mərhələsindən müvəffəqiyyətlə keçib
17 Dekabr 2018 14:52 SosialƏdliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulub. "Olaylar"ın xəbərinə görə, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, sayca on beşinci müsabiqə üzrə test imtahanından uğur qazanmış və qanunvericiliyin tələblərinə cavab verən 163 namizədlə ikinci mərhələdə aşkarlıq şəraitində fərdi qaydada söhbət aparılıb.Hüquqşünas alimlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi bu mərhələdə 82 nəfər zəruri bal toplayaraq söhbətdən müvəffəqiyyətlə keçib. Müsabiqə Komissiyası tərəfindən həmin namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib.
İcbari təlimdə iştirakla bağlı namizədlər dekabr ayının 20-i saat 10.00-da Akademiyada olmalıdırlar (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31). Aidiyyəti məsələlərlə əlaqədar Nazirliyə müraciət edilə bilər (Bakı şəhəri, İnşaatçılar prospekti 1, telefon: 538-01-62, 538-08-85, elektron poçt: [email protected]).