Şəhid Milli Qəhrəman Əliyar Əliyevin xatirəsini anıldı
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Qubadlı Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, idman ustası, əməkdar məşqçi, dəfələrlə yunan-Roma güləşi üzrə keçmiş SSRİ-nin çempionu olmuş batalyon komandiri, mayor Əliyar Yusif oğlu Əliyevin anım mərasimi keçirilib.
17 Dekabr 2018 13:27 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Qubadlı Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, idman ustası, əməkdar məşqçi, dəfələrlə yunan-Roma güləşi üzrə keçmiş SSRİ-nin çempionu olmuş batalyon komandiri, mayor Əliyar Yusif oğlu Əliyevin anım mərasimi keçirilib.
Olaylar.az bildirir ki, əvvəlcə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin üzvləri, Bilik Fondunun könüllüləri, Qubadlı və Nərimanov rayon məktəblərinin müəllim və şagirdləri, komandirin silahdaşları Bakıda Milli Qəhrəmanın adını daşıyan küçədə ucaldılmış abidə kompleksi önünə tər qərənfillər düzüblər. Ə.Əliyevin komandir, kəşfiyyatçı, partizan, məşqçi, güləşçi kimi keçdiyi şərəfli ömür yolu xatırlanıb.
Məktəblilərin ifasında Azərbaycana, Şəhidlərə həsr olunmuş şeirlər səslənib.
Sumqayıt şəhərində yerləşən Qubadlı rayonu Q.İlyasov adına tam orta məktəbdə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə "Yaşar ürəklərdə, dillərdə adın..." mövzusunda tədbir keçirilib.
Təhsil ocağının direktoru, Bilik Fondunun Qubadlı rayonu üzrə nümayəndəsi Hümbət Hümbətəliyev məktəbin bədən tərbiyəsi müəllimi olmuş Əliyar Əliyevin qəhrəmanlıqlarından danışıb. Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri, Milli Qəhrəman haqqında "Dağlar oğlu" kitabının və sənədli filmin ssenari müəllifi Hacı Abdullanın Şəhid komandirlə bağlı xatirələri tədbir iştirakçılarının marağına səbəb olub. Qubadlı rayon icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xoşqədəm Alıyeva Milli Qəhrəman Ə.Əliyevin adının təkcə Qubadlıda deyil, respublikamızın bütün guşələrində daim sevgi ilə yad edildiyini vurğulayıb. Şəhid komandirin hərbçi oğlu, mayor Emin Əliyev atasının xatirəsinə göstərilən ehtirama görə Bilik Fonduna və Qubadlı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.