Bakıda daha bir ağır yol qəzası – ÖLƏN VAR

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Nobel prospektində 1981-ci il təvəllüdlü Elgün İsmayılov idarə etdiyi "Mercedes C-200" markalı avtomobillə yolu keçməyə çalışan 1926-cı il təvəllüdlü Alıyeva Zeynəb Namaz qızını vurub. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılan ahıl qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31