Rafael Cəbrayılov: “. .. tülkülərin “virtual aslan”lara çevrilməsinə yol verməyin!”

"Son günlər leksikonunda vicdan, şərəf, namus,qeyrət,milli hesiyyat kimi dəyərələr olmayan,psixi durumu şübhə doğuran bəzi üzdəniraqlar Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında iyrənc fikirlər söyləyirlər.(Əslində bunu fikir adlandırmaq da düzgün deyil.) Mübariz İbrahimov nəinki Azərbaycan xalqının, bütün türk dünyasının,ha belə, insanlığın fəxr edə biləcəyi bir qəhramandır".Vətəninfo.az xəbər verir ki,bu fikirləri millət vəkili Rafael Cəbrayılov psixoloq Nərmin Şahmarzadənin və onunla həmrəy olan bəzi şəxslərin Mübariz İbrahimovla bağlı səsləndirdikləri fikrə cavab olaraq bildirib.Millət vəkili qeyd edib ki,Rusiya prezidenti Vladimir Putinin də qəhramanlığını yüksək qiymətləndirdiyi, Hollivud filimlərinin "fantastik qəhramanlığı"nı real həyatda göstərən,barəsində filimlər çəkilən Mübariz İbrahimovla bağlı bu şəxslərin fikir söyləməsi absurtdur: "Döyüş bölgəsinə ayağı toxunmayan,səngər görməyən,əlinə silah almayan,namusunu,qeyrətini qorumağa belə cəsarəti olmayan bəzi bu şəxslərə "əxlaq dəsrsi" keçmək fikirindən uzağam.Çün ki,yuxarıda qeyd etdiyim kimi,onlar zatən əxlaq və digər mənəvi dəyərlərdən məhrumdurlar.Amma, üzümü onlara tutub deyirəm ki,Azərbaycan xalqının Mübariz İbrahimov kimi oğulları çoxdur.Onun ruhuna və qəhramanlığına kölgə salmağa çalışan dilləri kəsəbiləcək qədər çoxdur.Bu arada jurnalist dostlarımıza da bildirmək istəyirəm ki,bu cür üzdəniraq tülkülərin "virtual aslan"lara çevrilməsinə imkan verməyin!".

Veteninfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31