Azərbaycan dövlətinə qarşı təxribat törətmiş  erməni Spartak cəza almayacaq?-YENİ VİDEO...

 

"Qarabağ"- "Arsenal" futbol oyununun son dəqiqələrində sinəsində beynəlxalq terrorçu Monte Melkonyanın əksi, əlində separatçı-terrorçu rejimin bayrağı olmaqla  "Qarabağ" futbolçularının üzərinə yürüyən erməni azarkeşin adı bəlli olub.

Moderator.az xəbər verir ki, Ermənistan saytlarının verdiyi məlumata görə, həmin təxrubatçı erməninin adı Spartakdır. Bu haqda jurnalistlərə "FAF" erməni  fan-hərəkatının yaradıcılarından biri Sergey Cancoyan məlumat verib. O, həmçinin istehza ilə bildirib ki, olaydan sonra erməni fanat sərbəst buraxılıb. S. Cancoyan onu da əlavə edib ki, Spartak adlı fanat  futbol matçı zamanı törətdiyi əmələ görə inzibati cəzadan yayına bilər...

Erməni idman saytları, həmçinin, olay barədə erməni azarkeşlərin çəkdiyi  yeni video da yayımlayıb. Videodan erməni separatçılarının Azərbaycan komandasına və bütövlükdə Azərbaycan dövlətinə qarşı bu təxribata görə necə sevindikləri bəlli olur...

P.S.  Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı  təxribat törətmiş  Spartak adlı erməninin Londonda ən azı inzibati cəza alıb-almamasıyla maraqlanmaq yalnız adi vətəndaşların, jurnalistlərin işi deyil, bununla AFFA, XİN. Britaniyadakı səfirliyimiz, diasporumuz və s. ciddi məşğul olmalıdırlar...

Sultan  Laçın

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31