Moskvada Tərəfdaşıq Şəbəkəsinin II Assambleyası keçirilib

Moskvada Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu “Puşkin İnstitutu” Tərəfdaşıq Şəbəkəsinin II Assambleyası keçirilib.

Moskvada Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu "Puşkin İnstitutu" Tərəfdaşıq Şəbəkəsinin II Assambleyası keçirilib.

Olaylar.az bildirir ki, Assambleyada A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun prezidenti Vitaliy Kostamarov, institutun rektoru Marqarita Rusetskaya, A.Soljenitsin adına "Dom russkoqo zarubejya"nın direktoru Viktor Moskvin, Rusiya Federasiyasının Maarifləndirmə Nazirliyinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Svetlana Feoktistova, Xarici İşlər Nazirliyinin şöbə müdiri Oleq Malginov və 25 ölkədən 51 nümayəndə iştirak ediblər.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu təmsil edib. Fondun Beynəlxalq layihələr sektorunun baş məsləhətçisi Almaz Axundova Assambleyanın 2019-cu il üçün fəaliyyət planının müzakirələrində təmsil olunduğu qurumun təkliflərini səsləndirib. Qarşılıqlı olaraq, Fondun nəzdində fəaliyyət göstərən klubların üzvləri "Rus dilinin səfirləri" ilə görüşəcək, qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, müasir inkişafı barədə ətraflı məlumatlar verəcək, onlar üçün ekskursiyalar təşkil olunacaq. Təklif razılıqla qarşılanıb.

Assambleya çərçivəsində rus dili müəllimlərinin "Puşkin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsi Mərkəzinin təşkil etdiyi ixtisasartırma kurslarına cəlb olunması, rus dili üzrə sertifikasiya üçün test imtahanlarının keçirilməsi, birgə mədəni-kütləvi tədbirlərin təşkili, təhsil almaq və ya sahibkarlıqla məşğul olmaq məqsədilə Rusiyaya səfər edənlərə rus dilinin öyrədilməsi ilə bağlı müzakirələr aparılıb, maraqlı təkliflər səsləndirilib.

Assambleyanın bədii hissəsində konsert proqramı nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31