XƏYANƏT - Qısa hekayə

İlqar Rəsul

Həyətdəki bütün ağacları kəsdilər. Bütün dirəkləri aşırtdlar. Bütün divarları hamarladılar. Bütün nərdivanları baltaladılar. Evlərdəki bütün çilçıraqları endirdilər. Bütün eyvanları uçurtdular. Bütün ikinci mərtəbələrin pilləkənlərini dağıtdılar. Mismarları basdırıb, kəndirləri yandırdılar. Sonra da qocalı-cavanlı, qadınlı-kişili isti otaqda oturub, çay içə-içə qeybətləşdilər. Kimsə arada -xeyli vaxtdı gözə dəymir, bu hara getdi belə? - soruşanda da - narahat olma, heç yana gedən deyil, darvaza bağlıdı, həyətdə də heç nə edə bilməz - dedilər...
Yağışın səsinə çıxdılar bayıra. Gördükləri mənzərədən utandılar. O gəlin qırxılmış başına örtdüyü yaylığı ilə özünü buluddan asmışdı. Bulud ağlayırdı..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31