“Yalnız Aygün Kazımova ilə…” — MƏŞHUR MODELDƏN İLGİNC AÇIQLAMA

Bir müddət öncə ərəb şeyxinin qızından evlilik almaq təklifi aldığını açıqlamaqla gündəmə gələn model Əli Hüseynov daha bir qalmaqallı açıqlama verib.

Ölkə.az -a danışan model heç bir azərbaycanlı müğənninin klipinə qonorarsız çəkilmək istəmədiyini bildirib:

"Azərbaycanda elə sənətçi yoxdur ki, klipində pulsuz çəkilim. Çünki əksəriyyəti toy üçün işləyir. Yalnız bir nəfər var ki, o insana həm böyük simpatiyam var, həm də klipinə qonorarsız çəkilməyə hazıram".

Ə.Hüseynov deyib ki, həmin sənətçi xalq artisti Aygün Kazımovadır:
"Uşaqlıqdan həm qadın, həm də sənətçi kimi ona pərəstiş eləmişəm. Çünki səhnəyə yeniliklər gətirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31