Los Ancelesdə Ümummilli Liderin xatirəsinə həsr olunmuş xeyriyyə tədbiri

Los Ancelesdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə tədbiri keçirilib. Aksiyada Los Ancelesin kimsəsiz və evsiz-eşiksiz sakinləri üçün süfrə açılıb. Olaylar.az bildirir ki, ABŞ-ın Los Anceles şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib.Aksiyada Los Ancelesdə yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün süfrə açılaraq, isti yeməklər paylanıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilən tədbir ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan "Los Anceles Missiyası"nda təşkil olunub. Aksiya zamanı Azərbaycanın Los Ancelesdəki baş konsulu, Los Anceles Konsulluq Korpusunun sədri Nəsimi Ağayev və Baş Konsulluğun əməkdaşları Los Anceles Missiyasının könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.
Tədbirdən öncə baş konsul N.Ağayev "Los Anceles Missiyası"nın rəhbərliyi ilə görüşüb. Görüş zamanı təşkilat rəhbərliyi bu xeyriyyə aksiyasına evsahibliyi etməsindən məmnunluq ifadə edib. Baş Konsulluğun dəvətilə xeyriyyə tədbirinə qatılan Los Ancelesin xristiyan dini icmasının nüfuzlu xadimlərindən olan, ABŞ-ın Milli Latino Yevangelist Koalisiyasının vitse-prezidenti Valter Kontreras, Heydər Əliyevin öz xalqına fədakarcasına xidmət edən görkəmli dövlət xadimi olduğunu qeyd edib.

Aksiya çərçivəsində gün ərzində Los Ancelesin 1000-dək kimsəsiz və evsiz-eşiksiz sakinlərinə yeməklər paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31