Neftçalada cari ilin epizootik tədbirləri yekunlaşır
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində aparılan tədbirlər davam etdirilir. Nazirlikdən “Olaylar”a bildirilib ki, cari ilin müvafiq dövrü ərzində Dövlət Baytarlıq Xidmətinin Neftçala Rayon Baytarlıq İdarəsi tərəfindən “Epizootiya əleyhinə profilaktika, müalicə və diaqnostika tədbirləri” planına uyğun heyvanlar arasında dabaq, nodulyar dermatit, çiçək, leptospiroz, bruselyoz, nyukasl xəstəliyinə qarşı “H” vaksini və “La-sota” vaksini ilə peyvəndləmə tədbirləri aparılıb.
13 Dekabr 2018 15:59 SosialKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində aparılan tədbirlər davam etdirilir. Nazirlikdən "Olaylar"a bildirilib ki, cari ilin müvafiq dövrü ərzində Dövlət Baytarlıq Xidmətinin Neftçala Rayon Baytarlıq İdarəsi tərəfindən "Epizootiya əleyhinə profilaktika, müalicə və diaqnostika tədbirləri" planına uyğun heyvanlar arasında dabaq, nodulyar dermatit, çiçək, leptospiroz, bruselyoz, nyukasl xəstəliyinə qarşı "H" vaksini və "La-sota" vaksini ilə peyvəndləmə tədbirləri aparılıb.
Rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin müvafiq dövrü ərzində quşlar arsında askaridioza, xırdabuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza, monezioz-tizaminioza qarşı və iribuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza qarşı kaproloji müayinələr, eləcə də heyvanlarda ektoparazitlərə qarşı çimizdirmə tədbirləri aparılıb.Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə iribuynuzlu və xırdabuynuzlu heyvanlardan qan nümunələri alınaraq müayinə edilib. Eləcə də törədici qoçlarda infeksion epidedimitə görə, iribuynuzlu heyvanlar vərəmə, təkdırnaqlı heyvanlar manqoya görə diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkar edilməyib.