Ulu Öndərin xatirəsi İtaliyada yad olunub

İtaliyanın Neapol şəhərinin Şərqşünaslıq Universitetində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Olaylar.az bildirir ki, Bakı-Neapol Assosiasiyası, Neapol Şərqşünaslıq Universiteti və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər ictimaiyyətinin, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki mühüm rolu, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmlənməsi və ölkəmizin dayanıqlı inkişafının təmin olunmasındakı xidmətləri barədə danışıb. Neapol Şərqşünaslıq Universitetinin rektoru Elda Morlikkio və universitetin professoru, tanınmış şərqşünas alim Mikele Bernardini də çıxış ediblər. Onlar Neapol Şərqşünaslıq Universitetinin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu, iki ölkə arasında mədəniyyət və təhsil sahələrində mübadilələrə töhfə verməyə hazır olduqlarını bildiriblər.

Sonda Ulu Öndərin Azərbaycanın müasir tarixindəki rolundan bəhs edən, italyan dilində hazırlanmış "Xilaskarın həyatı" adlı sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, tədbirdən əvvəl səfir M.Əhmədzadə ilə Neapol Şərqşünaslıq Universitetinin rektoru Elda Morlikkio arasında keçirilmiş görüşdə əməkdaşlıq imkanları müzakirə edilib, bu universitetlə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Tədbir çərçivəsində İtaliyanın yerli televiziya kanallarına müsahibələr verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31