Sloveniyada Mehdi Hüseynzadənin 100 illik yubileyi keçiriləcək

Milli Məclisin deputatı Rauf Əliyev Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün  Sloveniyaya səfər edib. MM-dən "Olaylar"a verilən məlumata görə, Nova Qoritsa şəhərində keçiriləcək tədbirlərdə Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin həyatı və fəaliyyəti barədə məlumat veriləcək, onun İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı apardığı mübarizədə nümayiş etdirdiyi hərbi şücaətləri barədə xatirələr səsləndiriləcək. Səfər dekabrın 14-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31