Vətəndaşlar hər an xəstəliyə yoluxa bilərlər - SOS

Yeni Yasamalda 77 nömrəli avtobusun son dayacağında yerləşən yeni tikililər olan binada insanlar çətin vəziyyətlə üz-üzədilər.

Yeni Yasamalda 77 nömrəli avtobusun son dayacağında yerləşən yeni tikililər olan binada insanlar çətin vəziyyətlə üz-üzədilər.

Olaylar.az -a bildirilib ki, qeyd olunan binaların həyətində antisanitar vəziyyət sakinləri narahat edir. Aidiyyatı qurumların səhlənkarlığı sayəsində vətəndaşlar hər an  xəstəliyə yoluxa bilərlər. Sakinlərin dəfələrlə müraciət etməsinə baxmayaraq, həyətlərdəki zibilliklər təmizlənməyib.

Məsələ ilə bağlı qarşı tərəfin fikrini yayımlaya bilərik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31