Sənəd qəbulu başa çatır

Ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat dekabrın 14-də başa çatır. "OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olan məlumata görə, qeydiyyat və sənəd qəbulu saat 14:00-dan 17:30-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) aparılır.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 20-21 dekabr tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

Qeyd edək ki, BŞTİ-nin əmrinə əsasən, eksternat imtahanları 25-26 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31