15 yaşlı qız QAÇIRILDI- SƏBƏB?
13 Dekabr 2018 11:07 SosialBərdə rayonunda 15 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb.Report xəbər verir ki, hadisə rayonun Şorəlli kəndində baş verib.Belə ki, kənd sakini 2003-ci il təvəllüdlü Ş.H. həmyerlisi İsmayılov Habil Eyvaz oğlu tərəfindən evlənmək məqsədilə qaçırılıb.Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər.Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları 8-ci sinif şagirdini qaçırmaqda şübhəli bilinən H.İsmayılovun saxlanılması üçün əməliyyat axtarış tədbirlərinə başlayıb.Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31