Emin Ağalarovun ad gününə əcnəbi məşhurun Azərbaycan rəqsi DAMĞA VURDU - FOTO/VİDEO
13 Dekabr 2018 11:05 SosialDünən Emin Ağalarovun 39 yaşı tamam olub.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni və iş adamı doğum gününü Moskva restoranlarından birində dostları ilə birlikdə qeyd edib. Gecədə ulduzun ailə üzvləri İrina və Araz Ağalarovlar, eləcə Ani Lorak, Filipp Kirkorov, Qriqoroy Leps, Aleksandr Marşal, Vladimir Kuzmin, Ciqan, Svetlana Bondarçuk, Yuli Baranovskaya, Sati Kazanova, Valeriya, Katya Lel və başqa sənət dostları iştirak edib.
Doğum günü şənliyi gecə yarısına qədər davam edib. Əyləncə gecəsi doğum günü tortu olmadan ötüşməyib.
Müğənninin doğum günündə Katya Lellə milli Azərbaycan musiqisində rəqsi sosial şəbəkədə böyük maraq doğurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31