Bakıda metroda dava düşüb, saxlanılanlar var (YENİLƏNİB)
12 Dekabr 2018 22:46 Sosial"Hadisə zamanı mübahisə edən sərnişinlər bir-birindən şikayətçi olmayıb".
Bunu Oxu.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakı metrosunun "Gənclik" stansiyasında baş verən hadisə ilə bağlı bildirib.
"Hadisə zamanı ictimai asayiş pozulmayıb. Polis sərnişinlərlə söhbət aparıb, onlar bir-birinə qarşı barışdırıcı mövqe tutduqları üçün məsələ yerindəcə aydınlaşdırılıb. Onlar barışdırılaraq yola salınıb", - deyə o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31