“Bir günlük xəlifə”, bir ömürlük təəssürat

13 dekabr 2018-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) "Bir günlük xəlifə" layihəsi həyata keçiriləcək.

ADU-nun mətbuat xidmətindən  verilən məlumata görə, tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla rəhbər vəzifələri icra edəcəklər:

"Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Vəzifələri tutan şəxslər icra etdikləri vəzifənin bir günlük əmək haqqını alacaqlar.

Xəlifələr həmin gündən universitetin "kölgə kabineti"ni formalaşdıracaq, kabinet növbəti "Xəlifə günü"nə qədər öz fəaliyyətini davam etdirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31