Toya hazırlaşan Nigar Camalın gəlinliyi müzakirəyə səbəb oldu - FOTO
12 Dekabr 2018 12:30 SosialMüğənni Nigar Camal geyimi ilə müzakirə mövzusu olub.
Publika.az xəbər verir ki, 38 yaşlı ifaçı Instagramda ağ libasda şəkillərini paylaşıb. Fotoya "Toya hazırlıq" şərhini yazan müğənni "Evlənirəm", "Səni sevirəm" həştəqlərindən istifadə edib. Ulduzun dərin yarığı və sinə dekoltesi diqqət çəkib.
Məlum olub ki, müğənninin bu kadrları ATV kanalının yeni il çəkilişlərindəndir.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31