22 yaşlı gənci öldürən sürücü hadisə yerindən qaçdı – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – VİDEO
12 Dekabr 2018 02:59 SosialBakının Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARB TV xəbər verir ki, Tural İsmayılov idarə etdiyi "Mercedes" markalı avtomobillə avtobusdan düşüb yolu keçmək istəyən piyada, 22 yaşlı İlkin Zamanovu vurub.
Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, sürücü isə idarəetməni itirərək avtomobili işıq dirəyinə çıpıb. Dirək yerindən qoparaq aşıb. T.İsmayılov qəzadan sonra ərazidən qaçıb.
Hadisə yerində polis əməkdaşları olub. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya aparılıb.
Faktla bağlı Suraxanı Rayon Polis idarəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31