Bölgələrdə və paytaxtda Ümummilli liderin anım mərasimləri
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir.Bütün bölgələrdə və paytaxtda Ulu öndərin anım mərasimləri təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da bu məqsədlə respublikasının müxtəlif idarə, təşkilat və müəssisələrində konfranslar və "dəyirmi masalar", mühazirələr və təqdimatlar keçirib. Tədbirlər Fondun şəhər və rayonlar üzrə nümayənədələri, Bilk Evlərinin dəstəyi, tanınmış ictimai xadimlərin iştirakı ilə keçirilib.
11 Dekabr 2018 17:50 SosialAzərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir.Bütün bölgələrdə və paytaxtda Ulu öndərin anım mərasimləri təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da bu məqsədlə respublikasının müxtəlif idarə, təşkilat və müəssisələrində konfranslar və "dəyirmi masalar", mühazirələr və təqdimatlar keçirib. Tədbirlər Fondun şəhər və rayonlar üzrə nümayənədələri, Bilik Evlərinin dəstəyi, tanınmış ictimai xadimlərin iştirakı ilə keçirilib.
Bilik Fondu və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanın müasir dövlət quruculuğu" mövzusunda keçirilən tədbir Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında baş tutub.
Görüşdə Fondun Lektorlar Qrupunun üzvü, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribovun ssenari müəllifi olduğu, "Carçıfilm" Yaradıcılıq Birliyinin istehsal etdiyi "Zaman və lider" sənədli filmi nümayiş olunub. Filmin nümayişindən sonra M.Qəribov "Heydər Əliyev və Azərbaycanın müasir dövlət quruculuğu" mövzusunda mühazirə ilə çıxış edib.
Bilik Fondu və Pedaqoji Universitetin Şəki filialının birgə təşkilatçılığı ilə keçirilmiş konfransda Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilib.
Ağsu, Astara, Ağdaş Bilik Evlərinin təşkilatçılığı ilə məktəblilər Heydər Əliyev Mərkəzlərinə ekskursiya ediblər. Yerlərdə təşkil olunmuş maarifləndirici mühazirələrdə ziyarətçilərə dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumatlar verilib, sənədli filmlər nümayiş etdirilib. Qarabağ və Ağsrafa Regional Bilik Evlərinin təşkilatçılığı ilə yerli gənclər Ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Bu günlərədə Fondun dəsətəyi ilə Oğuz, Qax, Nardaran və Şəmkir Bilik Evlərində də Ümummilli liderin anım günü ilə bağlı silsilə maarifləndirici mühazirələr, yerli əhali ilə ziyalıların görüşləri təşkil olunacaq, Ulu öndərin əziz xatirəsi ehtiramla yad ediləcək.