“Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” adlı monoqrafiya təqdim edilib
AMEA-nın Mərkəzi Elmi Kitabxanasına “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” adlı monoqrafiya daxil olub. Monoqrafiya MEK-ə müəllif – Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov tərəfindən təqdim edilib.
11 Dekabr 2018 17:46 SosialAMEA-nın Mərkəzi Elmi Kitabxanasına "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" adlı monoqrafiya daxil olub. Monoqrafiya MEK-ə müəllif - Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov tərəfindən təqdim edilib.
Olaylar.az xəbər verir ki, əsər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə ithaf olunub. Kitabın elmi redaktoru akademik Möhsün Nağısoylu, ön sözün müəllifi akademik Nizami Cəfərov, rəyçiləri isə fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, filologiya elmləri doktoru, professor Məsud Mahmudov və filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir.
Monoqrafiyada Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasında ümummilli lider Heydər Əliyevin nitq və çıxışları kompleks şəkildə araşdırılıb.
Monoqrafiya MEK-in Milli Rəqəmsal bazasında yerləşdirilib, həmçinin kitabxanada Heydər Əliyevin 95 illiyinə həsr olunmuş sərgidə nümayış etdirilib.
Monoqrafiya dilçilik, nitq mədəniyyəti fənni tədris edən müəllimlər, filoloq tələbələr, diplomatiya, jurnalistika, ədəbiyyat, tibb və digər sahələrdə fəaliyyət göstərənlər üçün dəyərli vəsaitdir.