Açıq kitabxana layihəsi davam edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası kitab əldə etmək imkanı məhdud olan əhali qruplarına, eləcə də təhsil müəssisələrinə kitabların əlçatan edilməsi və mütaliənin təbliği məqsədilə “Açıq kitabxana” layihəsini davam etdirir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanası kitab əldə etmək imkanı məhdud olan əhali qruplarına, eləcə də təhsil müəssisələrinə kitabların əlçatan edilməsi və mütaliənin təbliği məqsədilə "Açıq kitabxana" layihəsini davam etdirir.

Olaylar.az xəbər verir ki, layihə çərçivəsində MEK-in nümayəndə heyətinin növbəti səfəri Qusar rayonunun Böyük Muruq adlanan ucqar dağ kəndinin orta məktəbinə olub. MEK əməkdaşları - Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü və Layihələrə nəzarət bölməsinin rəhbəri Habil Əliyev orta məktəblə tanış olublar.

Görüş zamanı Qusar rayonu Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev məktəbdə aparılan təmir və yenidənqurma işləri barədə ətraflı məlumat verib. M.Göyüşlü "Açıq kitabxana" layihəsindən, MEK-in Milli Rəqəmsal Yaddaş bazasından, "AXC-100" çərçivəsində həyata keçirilmiş silsilə tədbirlərdən və digər istiqamətlərdə fəaliyyətdən danışıb. Çıxışlardan sonra Azərbaycan və dünya ədəbiyyatına aid olan kitablar Böyük Muruq kənd orta məktəbinə təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31