Lənkəran çayında batan şəxsin meyiti tapılıb
11 Dekabr 2018 17:21 SosialLənkəran şəhərinin Lüvəsər kəndində, Lənkəran çayında batdığı ehtimal edilən 1966-cı il təvəllüdlü Nəsirov Valeh Fayaz oğlunun axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, V.Nəsirovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31