Transsərhəd xəstəliklərinə dair beynəlxalq seminar keçirilib
11 Dekabr 2018 17:20 SosialUkraynanın paytaxtı Kiyev şəhərində TAİEX (Avropa Komissiyasının Texniki Yardım və Informasiya Mübadiləsi), Avropa Qida Təhlükəsizliyi Təşkilatı və Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi üzrə Baş direktorluğunun ilə təşkilatçılığı ilə "Heyvanların transsərhəd xəstəlikləri" mövzusunda beynəlxalq seminar keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, seminar Avropanın qonşu ölkələri arasında heyvanların transsərhəd xəstəliklərinə qarşı mübarizə və profilaktika istiqamətində biliklərin paylaşılmasına, gələcək əməkdaşlığın inkişafı və nəzarət potensialının yaradılmasına kömək məqsədi ilə təşkil edilib.
Seminarda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər müvafiq mövzular üzrə məlumatlar veriblər. Tədbirdə Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Turan Məmmədzadə "Azərbaycandakı epidemioloji vəziyyət" və "Quduzluq və bruselyoz xəstəlikləri ilə bağlı mövcud vəziyyət"ə dair təqdimatlar edib.