Süleyman Mikayılov tapşırıq verdi
11 Dekabr 2018 14:54 SosialQaradağda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Qaradağ Rayon İcra Hakimiyyətində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş Şuranın geniş tərkibdə iclası keçirilib. "Olaylar" xəbər verir ki, Şura iclasına sədrlik edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, mövsümə hazırlıqla əlaqədar rayon İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Müşavirədə payız-qış mövsümünə hazırlığın daim diqqət mərkəzində saxlanıldığını qeyd edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qarşıya qoyulan vəzifələrin icrası məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini nəzərə çatdıraraq, payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon üzrə Tədbirlər Planı təsdiq edildiyini bildirərək, xidmət sahələrinin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirdiyi monitorinqlər nəticəsində ortaya çıxan problemlərin həlli istiqamətində görüləcək işlərin də Tədbirlər Planında nəzərdə tutulduğunu da diqqətə çatdırıb. Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı işlərin müəyyən olunmuş qrafik üzrə aparıldığını, hazırlıqla bağlı rayonun bütün təsərrüfat obyektlərində çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüldüyünü, mövcud vəziyyətin təhlil edildiyini və hazırlıq işlərinin gedişatı ilə bağlı hər hansı ciddi bir problemin olmadığını qeyd edib və sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin yüksək səviyyədə həyata keçiriləcəyini vurğulayıb.