Braziliyada Azərbaycan adını daşıyan məktəbdə xeyriyyə tədbiri
Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi tərəfindən 2018-ci ilin yekunu olaraq, Rio de Janeyro şəhərində yerləşən və Azərbaycan adını daşıyan bələdiyyə məktəbində xeyriyyə tədbiri keçirilib.
11 Dekabr 2018 14:03 SosialAzərbaycan Respublikasının Braziliyadakı Səfirliyi tərəfindən 2018-ci ilin yekunu olaraq, Rio de Janeyro şəhərində yerləşən və Azərbaycan adını daşıyan bələdiyyə məktəbində xeyriyyə tədbiri keçirilib.
Səfirlikdən Olaylar.az -a bildirilib ki, tədbir zamanı, məktəb şagirdlərinə "Escola Municipal Azerbaijao" (Azərbaycan adına Bələdiyyə Məktəbi) yazılı maykalar və digər məktəbə tələb olunan əşyalar hədiyyə edilmiş, ilin ən yaxşı şagirdlərinə səfir Elxan Poluxovun təşəkkürnaməsi təqdim edilmişdir.
Məktəb tərəfindən, Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinə, il ərzində göstərdiyi dəstəyə, eləcədə bağışlanmış hədiyyə və ianələrə görə minnətdarlıq bildirilmişdir.