Elariz: “Qızımın toyunda Rüfətlə əlbəyaxa olduq” - Video
10 Dekabr 2018 12:41 SosialMüğənni Elariz Məmmədoğlu mərhum sənətçi Rüfət Mehdiyevlə bağlı xatirələrindən danışıb.Teleqraf.com-un məlumatına görə, ifaçı "Öz evimizdir" verilişində bildirib ki, qızının toyunda Rüfət Mehdiyevlə dalaşıb:"Böyük qızımın toyu idi. Evdə dedilər ki, toyda Rüfət Mehdiyev oxusun. Zəng etdim ki, toyu sən aparacaqsan. Dedi, baş üstə. Mən halallıq güdən insanam. Toyun sonunda bütün musiqiçilərin haqqını verdim. Rüfətə çatanda pul götürmədi. Dedi, sənin qızın mənim də balamdır.Əlbəyaxa olduq, az qaldı dalaşaq. Hətta ağır sözlər də dedi mənə. Qapıdan çıxana kimi düşdüm arxasınca, qaçıb getdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31