QƏDiR XUM- Peyğəmbərimizin Nəsihət yeridir... Biləcəridəki Qədir Xum bu müqəddəsliyə niyə hörmət etmir?
10 Dekabr 2018 05:00 SosialBinəqədi rayon Ağsaray şadlıq sarayı önündə açılmış bu obyektdə xidmət səviyyəsi "sıfır" dərəcəsindədir! Beləki şəxsən müştəri qismində bugün oraya daxil oldum. İlk öncə dönər hazırlayan işçinin Kulinariya tələblərinə cavab verməyə n bir mənzərənin şahidi oldum. Yəni, bu xidməti həyata keçirən şəxs ilk olaraq sterilizə olunmuş rezin əlcəklərdən istifadə etməli, ən əsası isə toyuq və mal ətindən dönər aparatının ət məmulatı keçirilmiş şişlik ocaq hissədəki mikrodalğalı spiralla təmasda olmamalı, yəni burada ətlə spiral arasında yüksək odadavamlı şüşə təbəqə olmalıdır. Bundan başqa, hərbir ictimai iaşə obyektində xidmətin sonunda müştəri tərəfindən ödənilən pulun müqabilində mütləq ödəniş qəbzi tərtib edilib müştəriyə təqdim edilməlidir. Əgər bu həyata keçirilmirsə, deməli sahibkar, burada açıq-aşkar kassa aparatından istifadə etmədən vergidən yayınma halına yol verir. Qeyd edək ki, bucür qanunpozuntusu İnzibati xətalar məcəlləsində nəzərdə tutulan qaydada birinci dəfə dördyüz manat civarında , 2-ci dəfə 800 manat cərimə, 3-cü dəfə isə bu xidmətin həyata keçirilməsinə xitam verilə bilər. Qeyd edim ki, bu sadalananlarla şəxsən buradan istifadə edərkən rastlaşdım, həmçinin sifariş verdiyim ət dönərini buradakı personal sifariş anından düz40 dəqiqə sonra mən əyləşdiyim masanın üzərinə gətirib qoydu. Dönərə ilk toxunduğum anda onun buz kimi soyuq olduğunu gördüm. Dərhal bunun səbəbini onlardan soruşanda onlar biri digərinin üstünə ataraq vəziyyətdən guyaki,çıxdılar. Halbuki bu vəziyyəti müştəriyə yaşatmamalıydılar.
Çox təəssüflər olsun ki, bu baş verən xoşagəlməzliyə görə nəinki bir üzrxahlıq görüb eşitdik, hətta heç ödəniş etdiyim 2manat 50qəpik pulun müqabilində mənə çek -qəbz də təqdim etmədi "Qədir Xum" əməkdaşları!
Maraqlıdır, burada mənşəyi bilinməyən ətdən hazırlanan dönərdən istifadə edənlərin hansısa biri , burada nahar edib kənarlaşanda onun orqanizmində yaranan zəhərlənmə vəya hansısa bir xoşagəlməz hal necə sübuta yetirilər?
Bu suallara cavabı elə müqəddəs Məkanın adını daşıyan məhz Qədir Xum rəhbərliyindən gözləyirik!
Mövzuya qayıdacağıq! Xəbəraz